Haqqımızda:
«Fleetstock» şirkətlər qrupu 1999-cu ildən etibarən fəaliyyətdədir və müxtəlif istiqamətlərdə Azərbaycan Respublikasının ölkə iqtisadiyyatına inteqrasiya olunmuş perspektivli şirkətdir.
Rəhbərlik və İdarəetmə:
Baş direktor cənab Emin Həsənli simasında şirkətin bütün mühəndis heyətinin tədqiqat işi və missiyası daima inkişaf etmiş ölkələrdə keçirilən təlimlərin nəticəsi olaraq istehsal prosesinə aid əldə etdikləri yenilikləri doğma vətənimiz Azərbaycanda və qonşu ölkələrdə tətbiq edilməsini təşkil etmək, həm real tələbə uyğun, həm də gələcək üçün istehsal proseslərinin planlı avtomatlaşdırılması və robotlaşdırılması yolunda müasir layihələrin hazırlanmasını həyata keçirtməkdir.
Texniki audit, təkliflər və həllər:
Şirkətin qida və qeyri-qida sənayesi üçün təklif etdiyi xidmətlər müasir sistemli istehsal imkanlarını bir çox cəhətdən üstələyəcək 250-yə yaxın texniki həlldən ibarətdir. Xüsüsi təlim keçmiş mühəndislərin təqdim etdiyi texniki həllər istehsal prosesində minimal xərclərlə maksimal keyfiyyətli məhsulun əldə edilməsində xüsusi rol oynayırlar.
«Fleetstock» şirkətlər qrupu illərdir göstərdiyi səy və təşəbbüsün nəticəsi olaraq bu gün istehsalçıya aşağıda sadalanan bir çox xidmətləri təklif edə bilir: sənayenin müxtəlif istiqamətlərində texniki auditin aparılması; istehsal xərclərinin idarəolunan edilərək minimallaşdırılması; sıxılmış hava itkilərinin aşkarlanması; avadanlıqların sıradan çıxma səbəblərinin təhlili; hava kompressorlarının və digər avadanlıqların servisi; sıxılmış havanın keyfiyyətinə nəzarət mexanizminin qurulması; tələb olunan standarta uyğun havanın təmin edilməsi; HACCP sisteminin əvvəldən sonadək qurulması və protokollaşdırılması; 100 mikrondan 0,01 mikrona qədər müxtəlif maye və qazlarda filtrasiya sisteminin qurulması; qida istehsalı obyektlərində qida təhlükəsizliyinin qurulması; azot, hidrogen və oksigen generatorlarının servisi; “CCP” kritik riskli nöqtələrin təyin edilməsi; avia yanacağın xüsusi filtrasiyası və protokollaşdırılması; hava, yanacaq, yağ və hidravlika sistemlərinin protokollaşdırılması; müxtəlif avadanlıqların elektrik mühərriklərinin inspeksiyası; müxtəlif elektrik və sənaye ölçü cihazlarının təmin edilməsi; fasiləsiz güc qaynaqları olan sənaye akkumulyatorları; hazır mühərriklər və generatorların təmin edilməsi və servisi; müxtəlif sənaye sürtgü yağlarının təmin edilməsi; fiber optik kabellərin istənilən hündürlüyə və uzaqlığa təhlükəsiz üfürülməsi; tullantı suların emalı üçün layihələr və avadanlıqlar; 6000 bara qədər olan yüksək təzyiqli su nasoslarının satışı və servisi; sənayedə intelektual idarə mexanizminin qurulması; sənaye obyektlərində elektron hissələrin təmiri və servisi; sənaye obyektlərinin avtomatlaşdırılması və robotlaşdırılması; maye qaz və metan qaz avadanlıqlarının quraşdırılması; sənaye obyektlərində risklərin analizi; bütün növ risklərin sığortalanmasının təşkil olunması və s.
Məqsədimiz:
Sənayenin keyfiyyətli məhsul istehsal etməsi, sənayeyə texnoloji cəhətdən mükəmməl həll vermək və istehsalçılara unikal, individual xidmət göstərmək şirkət olaraq komandamızın ümumi məqsədidir.
Kadr siyasəti:
Kadr siyasəti və inteqrasiya edilmiş idarəetmə sistemi şirkətin bütün bölmələrində və sahələrində ən yaxşı mütəxəssisləri, məsuliyyətli əməkdaşları, əsl peşəkarları toplamağa imkan verir. Eyni zamanda, müəssisənin öz sosial inkişaf proqramı və bu sahədə kadr təminatı üçün əlverişli motivasiya sistemi müntəzəm təlim və təkmilləşdirmə aparmağa, yeniliyə marağı qorumağa, yaradıcı mühəndislik təşəbbüsləri irəli sürməyə münbit şərait yaradır.
İstehlakçı ilə sıx qarşılıqlı əlaqə:
Şirkət rəhbərliyi müştəriləri ilə etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması siyasətini həyata keçirir. Personal təkcə sifarişi yerinə yetirməyə deyil, həm də satışdan sonrakı xidmət təklif etməyi hədəfləyir. Belə ki, müştərilərlə sıx qarşılıqlı əlaqə yaxın gələcək üçün tələbi proqnozlaşdırmağa imkan verir. Fleetstock ilə əlaqə qurarkən müştərilər istənilən mürəkkəblikdə olan problemlərin yüksək keyfiyyətli həllinə əmin ola bilər.
Təhlükəsizlik, mühafizə və ekologiya:
Xidmətlərimizin və təkliflərimizin tətbiq edilməsi və istifadəsi nəticəsində istehsal proseslərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Heç kimə sirr deyil ki, bir çox sənaye sahələrində texnoloji avadanlıqların düzgün seçilməməsi, normaya uyğun çalışmaması, montaj edilmiş ardıcıllığın yalnış olması, hermetik olmaması, tez alışan və partlayıcı, zəhərli və ya aşındırıcı maye və qazların sızmasına, texnogen fəlakət təhlükəsi yaratmasına, sürpriz xərclərin yaranmasına və ya artmasına, istehsal nəticəsinin bahalaşmasına səbəb olur. Xidmətlərimizin istifadəsi xüsusi ilə ətraf mühiti ona təhlükəli maddələrin daxil olmasından etibarlı şəkildə qoruyur və eyni zamanda təhlükəli istehsal müəssisələrinin işçiləri üçün təhlükəsiz iş şəraiti yaradır.
Böyük sınaq avadanlığı parkı:
İstehsal proseslərinin bütün nöqtələrində istifadə edilən, şirkətin balansında mövcud olan və müasir texnologiyaya cavab verən laboratoriya avadanlıqlarının tətbiq ediləməsi, tədqiqatların aparılması, hesablamalar, layihələndirilmə yüksək ixtisaslı mühəndislərimiz tərəfindən aparılır.
Qeyri-standart sifarişlər üzərində işləmək:
Fleetstock şirkətinin mühəndisləri yalnız standart ölçülərlə deyil, həm də xüsusi sifarişlərlə işləyirlər. Burada avadanlığın xüsusiyyətləri və onun iş şəraiti nəzərə alınaraq növü və dizaynı seçilir, tələbə uyğun teoretik və praktik hesablamalar aparılaraq müştəriyə hesabat şəklində təqdim edilir.
Minimum çatdırılma müddətləri:
Bazarın tələbinə uyğun olaraq sorğu və tələblərə aid mal-material, avadanlıqlar, filtrasiya sistemi elementləri, qurğular və s. sifarişçilərə mümkün qədər dərhal təmin etmək məqsədi ilə Bakı şəhəri daxilində anbarlarımızda müəyyən sayda saxlanılır.
Nəqliyyat bölməsi:
Şirkət sifarişləri təcili olaraq ölkənin istənilən nöqtəsinə çatdırmaq imkanına malikdir. Sürücü-ekspeditorlarımızın professional planlaması nəticəsində anbarlarımızda mövcud olan mal-materialları bir iş günü ərzində ölkənin istənilən nöqtəsinə çatdırılması təmin edilir.
İxrac imkanlarımız:
Şirkətin ixrac imkanları professional komandasının fəaliyyəti nəticəsində avtomatlaşdırılmış sistem daxilində həyata keçirilir, belə ki, ixrac əməliyyatımız üzrə sənədləşmələrimiz və logistika firmalarına təhvil-təslim prosesi üç iş günü müddətində tam yekunlaşdırılır.
ISO sertifikatlarımız:
ISO menecmentinin qeyd edilən prosedurlarını mümkün bütün maksimal istiqamətlərdə tətbiq edilməsi şirkətin inkişafında xüsusi rol oynayır. Belə ki, hər zaman aşağıda qeyd etdiyimiz ISO prosedurlarının həyata keçirilməsi, prosedurların sayının artırılması və uyğunlaşdırılması, mükəmməlləşdirilməsi, yeni-yeni inkişaf mərhələlərinə keçidlərin edilməsini, menecment sistemimizin ən müasir tələblərə cavab verməsini təmin edir.
ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri / Quality Management Systems
ISO 14001:2015 Ekologiya İdarəetmə Sistemləri / Environmental Management Systems
ISO 45001:2018 Peşə Sağlamlığı və Təhlükəsizlik İdarəetmə Sistemləri / Occupational Health and Safety Management Systems
ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri / Food Safety Management Systems
Müştəri məmnuniyyəti:
Şirkətin xüsusi bölməsi icra etdiyimiz ISO standartına uyğun müştəri məmnuniyyətini araşdıraraq qeydlərini aparır, müvafiq nəticələr çıxarır, komanda birliyinə xüsusi təsir göstərir və nəticədə yeni əməkdaşlarımıza müştəri məmnuniyyəti siyasətinə xüsusi önəm verilmələrini əyani izah edərək gündəlik nəzarətdə saxlanmasını təmin edir.
Nümayəndəsi olduğumuz brendlər:
Kaeser Compressoren, Parker, Domnick Hunter, Racor, Twin Filter, Velcon, Peco, Baldwin, Kubota, Megger, Hammelmann, CS Instruments, Fremco, Rafinol, Mann Filter, Yuasa, Hifi Filter, Filtrec, Sampiyon Filtre, Vikars, Velteco və s. onlarla müxtəlif brendlər Fleetstock şirkətini böyüdərək Şirkətlər qrupuna çevirmişdir.